Saff - 61:3
Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.
Nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Bəqərə/2:44
İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?
Tovbə/9:75
Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76
Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
Ali İmran/3:188
Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.
Şuəra/26:224
Şairlər(ə gəlincə), onlara da azğınlar uyarlar.
Şuəra/26:225
Onların hər vadidə qaçdıqlarını (vəziyyətə görə yön dəyişdirdiklərini) görmürsənmi?
Şuəra/26:226
Və onlar etmədikləri şeyləri söyləyərlər.
Saff/61:2
Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Saff/61:3
Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.