Saff - 61:7
İslama dəvət edildiyi halda, Allah haqqında yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım topluluğu doğruya yönəltməz.
Muhəmməd peyğəmbərin xalqı, din xadimlərini, peyğəmbərləri və mələkləri Allahla yanaşı Tanrı qəbul edib qulluq/xidmət edən zalım bir camaatdı:
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Tovbə/9:30
Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər. Allah onları məhkum edər. Necə də çevrilirlər?
Tovbə/9:31
Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Zuxruf/43:19
Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Zuxruf/43:20
Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.
Nəcm/53:19
Gördünüzmü (dişi bütləriniz olan) Lat və Uzzanı?
Nəcm/53:20
Və üçüncüləri olan Mənatı?
Nəcm/53:21
Erkəklər sizin və dişilər Onunmu?
Nəcm/53:22
Necə də insafsız bir paylaşmadır!
Nəcm/53:23
Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.