Cumuə - 62:10
Namaz bitincə, yer üzünə yayılaraq Allahın lütfünü axtarın və Allahı sürəkli xatırlamağa davam edin.
Rəbbimizi xatırlamaqdan qafil olanlar:
Kəhf/18:101
Onlar ki, mesajıma qarşı gözləri pərdəli idi, dinləyə də bilmirdilər...
Əraf/7:51
Onlar dinlərinə əhəmiyyət vermədilər və dünya həyatı onları aldatdı. Bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi rədd etdikləri üçün, bu gün Biz də onları unudarıq!
Ənam/6:44
Onlara çatdırılan mesajı unutduqları zaman, onlara hər şeyin qapısını ardına qədər açdıq. Özlərinə verilənlərlə həddi aşdıqları (qudurğanlıq etdikləri) vaxt onları qəflətən yaxaladıq və beləcə çaşqın və naümid qaldılar.
Ənam/6:43
Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.
Muminun/23:67
Ona qarşı təkəbbür göstərirdiniz. Saçmalayaraq gecələyirdiniz.
Muminun/23:66
Sizə ayələrim oxunurdu, (siz isə) arxa çevirirdiniz.
Muminun/23:65
Fəryad etməyin; bu gün tərəfimizdən heç bir yardım görməyəcəksiniz.
Muminun/23:64
Varlılarını (zənginlərini) cəzaya məruz qoyduğumuzda, fəryad etməyə başlayarlar.
Kəhf/18:28
Rəblərinin rizasını diləyərək səhər axşam qulluq edənlərlə birlikdə olmağa çalış. Dünya həyatının cəlbedici materiallarını arzu edib, gözlərini onlardan (o kəslərdən) ayırma. Qəlbini mesajımızdan qafil etdiyimiz və həvəsinə uyaraq işlərini qarışdıran kimsələrin ardınca getmə.
Muminun/23:63
Zehinləri bundan (mesajdan) qafil olub buna zidd işlərdə çalışmaqdadırlar.
Muminun/23:111
"Bu gün Mən, onlara səbr etmələrinin qarşılığını verdim. Qazananlar məhz bunlardır."
Muminun/23:110
"Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
Muminun/23:109
"Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:108
Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."
Muminun/23:107
"Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
Muminun/23:106
(Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
Yunus/10:7
Bizimlə qarşılaşmağı ümid etməyənlər, dünya həyatını sevib ona bağlananlar və ayələrimizdən qafil olanlar...
Tovbə/9:67
İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.
Yunus/10:8
Məhz onların yeri, qazandıqlarına görə atəşdir.
Nəhl/16:107
Çünki onlar dünya həyatını axirətdən üstün tutdular. İnkar edən topluluğu Allah doğru yola yönəltməz.
Mucadilə/58:19
Şeytan onlara sahiblənmiş və onlara Allahın mesajını unutdurmuşdur. Onlar şeytanın partiyasıdır (firqəsidir). Şeytanın partiyası (firqəsi) şübhəsiz ziyana uğrayacaqdır.
Nəhl/16:108
Bax onlar, Allahın qəlblərini, eşitmə və görmələrini möhürlədiyi kimsələrdir. Onlar qafillərdir.
Mucadilə/58:18
Gün gələcək, Allah hamısını dirildəcək və indi sizə and içdikləri kimi, Ona da and içəcəklər. Özlərinin (doğru) bir şey üzərində olduqlarını sanırlar! Doğrusu, onlar yalançılardır.