Cumuə - 62:5
Özlərinə Tövrat verilib və onun tələbini yerinə yetirməyənlərin örnəyi, kitablar daşıyan eşşəyin vəziyyətinə bənzəyir. Allahın ayələrini yalanlayan topluluğun vəziyyəti necə də pisdir. Allah zalım camaatı doğruya yetişdirməz.
İsrail oğullarının inkarçıları, mənfəətlərinə tərs düşən ayələrdən, bu ayələrin hökmünü yerinə yetirməyərək və ayələri dəyişdirərək üz çevirdilər:
Bəqərə/2:211
İsrail oğullarından soruş ki, onlara nə qədər açıq-aşkar ayələr verdik! Özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirənlər üçün Allah ağır bir cəza verər.
Maidə/5:13
Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.
Əraf/7:162
Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.
Maidə/5:68
De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.
Cumuə/62:5
Özlərinə Tövrat verilib və onun tələbini yerinə yetirməyənlərin örnəyi, kitablar daşıyan eşşəyin vəziyyətinə bənzəyir. Allahın ayələrini yalanlayan topluluğun vəziyyəti necə də pisdir. Allah zalım camaatı doğruya yetişdirməz.
Maidə/5:62
Onların çoxunu günahda, düşmənçilikdə və haram yeməkdə tələsən görərsən. Etdikləri necə də pisdir!
Maidə/5:63
Xaxamları və din xadimləri onları bu günah sözləri söyləməkdən, haram yeməkdən çəkindirməli deyildimi? Etdikləri necə də pisdir!
Bəqərə/2:40
İsrail oğulları! Sizə verdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum; yalnız Məndən qorxun!
Bəqərə/2:44
İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?
Bəqərə/2:59
Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
Nisa/4:161
Çəkindirildikləri halda, sələm (riba) almalarından və insanların parasını (pulunu) haqsızlıqla yemələrindən ötrü... Onların inkar edənlərinə ağrılı-acılı bir əzab hazırladıq.
Maidə/5:15
Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.