Cumuə - 62:9 Ey iman edənlər, cümə (toplantı) günü namaza çağırıldığınızda Allahı xatırlamaq üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha yaxşıdır.
İman edənlər namazlarında hörmətlə davranırlar:
Məaric/70:23 Onlar ki, namazlarını diqqətdən yayındırmazlar;
Məaric/70:34 Namazlarının yaxşı olması üçün böyük səy göstərirlər.

Bəqərə/2:238 Namazlara, xüsusilə orta namaza diqqət edin. Özünüzü tamamilə Allaha verərək namaza durun.

Ənam/6:92 Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.

Ta ha/20:132 Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.

Məryəm/19:55 Ailəsinə namazı qorumağı və zəkatı verməyi əmr edərdi. Rəbbi tərəfindən bəyənilmişdi.

Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.

Həcc/22:41 Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.

Muminun/23:2 Həqiqətən onlar namazlarında ehtiramlıdırlar.

Cumuə/62:9 Ey iman edənlər, cümə (toplantı) günü namaza çağırıldığınızda Allahı xatırlamaq üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha yaxşıdır.
Cumuə/62:10 Namaz bitincə, yer üzünə yayılaraq Allahın lütfünü axtarın və Allahı sürəkli xatırlamağa davam edin.
Cumuə/62:11 Bəziləri, bir ticarət və ya bir əyləncə gördükləri zaman, səni ayaq üstə qoyub oraya üz tutdular. De ki, "Allahın yanında olanlar əyləncədən və ticarətdən daha yaxşıdır. Allah ən yaxşı ruzi verəndir."