Cumuə - 62:9
Ey iman edənlər, cümə (toplantı) günü namaza çağırıldığınızda Allahı xatırlamaq üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha yaxşıdır.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.