Təğabun - 64:15
Mallarınız və övladlarınız sizin üçün bir sınaqdır. Böyük mükafat Allah qatındadır.
"Böyük mükafat Allahın yanındadır.": Əlaqəli
Bəqərə/2:112
Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:274
Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Ali İmran/3:199
Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.
Ənfal/8:28
Bilin ki, mallarınız və övladlarınız sizin üçün bir sınaqdır və böyük mükafat Allah qatındadır.
Təğabun/64:15
Mallarınız və övladlarınız sizin üçün bir sınaqdır. Böyük mükafat Allah qatındadır.
Tovbə/9:22
Orada əbədi qalacaqlar. Böyük mükafat Allah qatındadır.