Təğabun - 64:16
Gücünüz yetdiyi qədər Allahı saya salıb hörmət edin. Dinləyin, itaət edin və öz xeyriniz üçün yardım edin. Nəfsinin xudbinlik və xəsisliyindən qorunanlar uğur qazananlardır.
"Öz xeyriniz üçün yardım": Məqsəd nədir?
Bəqərə/2:271
Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.
Bəqərə/2:261
Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.
Bəqərə/2:274
Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Ali İmran/3:92
Sevdiyiniz şeylərdən iqtisadi yardım olaraq vermədikcə müttəqi bir şəxs ola bilməzsiniz. Hər nəyi verərsəniz Allah mütləq onu bilir.
Əraf/7:156
"Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."
Yusuf/12:88
(Yusufun) hüzuruna girincə, "Hörmətli Zati-aliləri, bizə və ailəmizə sıxıntı üz verdi; buna görə dəyərsiz bir əşya ilə gəldik. Amma sən bizə tam ölçü ver, bizə yardım et. Allah sədəqə verənləri mükafatlandırar," dedilər.
Rum/30:39
İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.
Səba/34:39
De ki, "Rəbbim, qullarından istədiyinə neməti bol verər və onu azaldar. Nəyi verərsəniz, onu sizə ödəyəcəkdir. O, ruzi verənlərin ən yaxşısıdır."
Fatir/35:29
Allahın Kitabını oxuyanlar, namazı qoruyanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün verənlər tükənməyən bir qazanc umarlar.
Hədid/57:11
Kim Allaha gözəl bir borc verərsə, qarşılığını qat-qat alar və comərd bir mükafat qazanar.
Hədid/57:18
Sədəqə verən kişilər və qadınlar, Allaha gözəl bir borc vermişdirlər. Onlara qat-qat ödənər və onlar comərd bir mükafata layiqdirlər.