Təğabun - 64:6 Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.
Nə üçün insan elçi?
Nəhl/16:43 Səndən öncə, adamlardan/iki ayaq üzərində yeriyənlərdən başqasını elçi olaraq göndərmədik; onlara vəhy etdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.

Ənbiya/21:7 Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.

Yusuf/12:109 Səndən öncə, şəhərlərin əhalisinin arasından (seçib) vəhy etdiyimiz adamlardan başqasını göndərmədik. Yer üzünü gəzib dolaşıb özlərindən öncəkilərin aqibətini görmürlərmi? Müttəqilər üçün axirət yurdu daha yaxşıdır; anlamırsınız?

Həcc/22:75 Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.

İsra/17:95 De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."