Təğabun - 64:9 Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.
İman edənlər cənnətdə əbədi qalıcıdırlar:
Hud/11:108 Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.

Hicr/15:47 Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.
Hicr/15:48 Orada onlara heç bir yorğunluq toxunmaz və oradan da çıxarılmayacaqlar.

Fatir/35:33 Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.

Duxan/44:53 İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:55 Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56 Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.