Talaq - 65:1
Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.
Qadınların boşandığı zaman gözləmə müddətləri nə qədərdir?
Bəqərə/2:228
Boşanan qadınlar (başqasıyla evlənmədən öncə) öz-özlərinə üç aybaşı gözləməlidir. Allaha və Axirət gününə iman edirlərsə, Allahın bətnlərində yaratdığını gizləmələri düzgün olmaz. Bu vəziyyətdə (hamilə vəziyyətdə) ərləri barışmaq istəyərlərsə onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində eyni haqları var. (Hamiləlik vəziyyətində) Kişilərin onların üzərində bir dərəcəsi vardır. Allah Güclüdür, Hikmət Sahibidir.
Talaq/65:4
Menopauza dövrünə girərək aybaşından kəsilən qadınlarınıza gəlincə, şübhəniz varsa, gözləmə müddətləri üç aydır. Aybaşı halı görməyən və hamilə olanların müddəti, yüklərini yerə qoymaları ilə sona yetişər. Kim Allahı dinləyərsə, onun işini asanlaşdırar.