Talaq - 65:1 Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.
Qadınları nikahlayıb, cinsi əlaqəyə girmədən boşayarsanız:
Əhzab/33:49 Ey iman edənlər, iman edən qadınları nikahladıqdan sonra, onlarla cinsi əlaqəyə girmədən boşasanız, (başqa biri ilə evlənmələrindən öncə) onların sizə bir gözləmə müddəti borcu yoxdur.

Bəqərə/2:236 Yaxınlıq etmədən, yaxud mehrlərini təyin etmədən öncə qadınları boşamanızda bir qəbahət yoxdur. Bu vəziyyətdə ödəmə edin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə verdikləri zərərə uyğun bir təzminat verməlidir. Bu, gözəl davrananların görəvidir.
Bəqərə/2:237 Mehr təyin etdikdən sonra, ancaq onlarla yaxınlıq etməzdən öncə onları boşamışsınızsa, onlara söz verdiyiniz mehrin yarısını verməlisiniz. Ancaq, qadın haqqından vaz keçərsə və ya əri mehrin hamısını vermək istəyərsə başqa... Vaz keçməniz daha müttəqi bir davranışdır. Aranızdakı dostluğu unutmayın. Allah etdiklərinizi Görəndir.