Talaq - 65:2 (Gözləmə) müddətlərini tamamladıqları zaman, onları gözəl şəkildə saxlayın, yaxud gözəl şəkildə ayırın. İçinizdən ədalətli iki nəfəri də bu işə şahid tutun. Şahidliyi Allah üçün edin. Məhz bu, Allaha və axirət gününə iman edənlər üçün bir öyüddür. Kim Allahı saya salıb dinləyərsə, ona bir çıxış yolu yaradar.
Qadınların boşandığı zaman gözləmə müddətləri nə qədərdir?
Bəqərə/2:228 Boşanan qadınlar (başqasıyla evlənmədən öncə) öz-özlərinə üç aybaşı gözləməlidir. Allaha və Axirət gününə iman edirlərsə, Allahın bətnlərində yaratdığını gizləmələri düzgün olmaz. Bu vəziyyətdə (hamilə vəziyyətdə) ərləri barışmaq istəyərlərsə onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində eyni haqları var. (Hamiləlik vəziyyətində) Kişilərin onların üzərində bir dərəcəsi vardır. Allah Güclüdür, Hikmət Sahibidir.

Talaq/65:4 Menopauza dövrünə girərək aybaşından kəsilən qadınlarınıza gəlincə, şübhəniz varsa, gözləmə müddətləri üç aydır. Aybaşı halı görməyən və hamilə olanların müddəti, yüklərini yerə qoymaları ilə sona yetişər. Kim Allahı dinləyərsə, onun işini asanlaşdırar.