Talaq - 65:4 Menopauza dövrünə girərək aybaşından kəsilən qadınlarınıza gəlincə, şübhəniz varsa, gözləmə müddətləri üç aydır. Aybaşı halı görməyən və hamilə olanların müddəti, yüklərini yerə qoymaları ilə sona yetişər. Kim Allahı dinləyərsə, onun işini asanlaşdırar.
Allah iman edənlərin kiçik günahlarını yaxşılıqlara çevirərək haqq-hesablarını asanlaşdırar:
Hud/11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.

Kəhf/18:88 "İman edib müttəqi davranana gəlincə, ona gözəl bir mükafat vardır. Onu rahatlıqla təmin edəcəyik."

Ğafir/40:51 Biz elçilərimizə və iman edənlərə bu dünya həyatında və şahidlərin üzləşmələrə hazır olacaqları gündə yardım edərik.



Bəqərə/2:271 Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Nisa/4:31 Böyük qadağalardan çəkinərsəniz günahlarınızı örtər və sizi şərəfli bir girişlə qəbul edərik.

Maidə/5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
Maidə/5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.
Maidə/5:65 Kitab əhli iman edib muttəqi davransa, günahlarını örtərək onları bol nemətli bağçalara yerləşdirərdik.

Ənfal/8:29 Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.

Furqan/25:70 Ancaq iman edib müttəqi bir həyat sürənlər xaric. Allah onların günahlarını yaxşılıqlara çevirər. Allah Bağışlayandır, Rəhmlidir!

Ənkəbut/29:7 İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.

Muhəmməd/47:1 İnkar edib və Allah yolundan yayındıranlar, onların işlərini boşa çıxarmışdır.
Muhəmməd/47:2 İman edib müttəqi davrananların və Rəblərindən bir gerçək olaraq Muhəmmədə nazil edilənə iman edənlərin isə günahlarını örtər və vəziyyətlərini düzəldər.

Təğabun/64:9 Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.

Talaq/65:4 Menopauza dövrünə girərək aybaşından kəsilən qadınlarınıza gəlincə, şübhəniz varsa, gözləmə müddətləri üç aydır. Aybaşı halı görməyən və hamilə olanların müddəti, yüklərini yerə qoymaları ilə sona yetişər. Kim Allahı dinləyərsə, onun işini asanlaşdırar.
Talaq/65:5 Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahı dinləyərsə, onun pisliklərini örtər və mükafatını böyüdər.