Talaq - 65:9 Qərarlarının aqibətini daddılar. Qərarlarının nəticəsi məğlubiyyət oldu.
Örnək:
Yunus/10:71 Onlara Nuhun tarixini anlat. Xalqına bunları demişdi: "Ey xalqım, durumum və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldisə, mən Allaha güvənirəm. Ortaqlarınız və liderlərinizlə birlikdə toplanın, peşman olmayacağınız son qərarınızı alın və gözləmədən mənə qarşı tətbiq edin."
Yunus/10:72 "Üz çevirsəniz, halbuki mən sizdən hər hansısa bir ücrət istəməmişdim. Mənim ücrətim ancaq Allahın üzərinədir. Müsəlmanlardan olmaqla əmr edildim."
Yunus/10:73 Onu yalanladılar. Bundan sonra onu və onunla bərabər olanları qurtardıq, gəmidə. Onları (yer üzünün) yönəticiləri etdik. Ayələrimizi yalanlayanları isə boğduq. Xəbərdarlıq edilənlərin aqibətinə diqqət et.

Muminun/23:32 Onlara, (öz) aralarından bir elçi göndərdik: "Allaha qulluq edin, sizin Ondan başqa bir tanrınız yoxdur. Hörmət qoyub, müttəqi davranmayacaqsınız?"
Muminun/23:38 "O, Allaha yalan isnad edən bir adamdan başqası deyildir. Biz ona iman edəcək deyilik."
Muminun/23:39 Dedi ki, "Rəbbim, yalanlamalarına qarşılıq mənə yardım et."
Muminun/23:40 Dedi ki, "Az sonra onlar peşman olacaqlar."
Muminun/23:41 Qorxunc fəlakət onları bərabərcə yaxaladı və beləcə onları zibil yığınına çevirdik. O zalım xalq məhv olmağa layiq idi.

Şuəra/26:142 Qardaşları Saleh onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:152 "Onlar yer üzündə yaxşılıq deyil, pislik işləyərlər."
Şuəra/26:154 "Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
Şuəra/26:155 (Saleh) dedi ki, "Bax bu dəvədir! Onun su içəcəyi müəyyən bir zamanı vardır. Sizin də su içəcəyiniz müəyyən bir gününüz vardır."
Şuəra/26:156 "Ona bir pislik toxundurmayın. Yoxsa böyük bir günün cəzasına uğrayarsınız."
Şuəra/26:158 Və cəza onları yaxaladı. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.

Zuxruf/43:51 Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52 "Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54 Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.
Zuxruf/43:55 Bizimlə savaşmaqda israr edincə onlardan öc (intiqam) aldıq, hamısını boğduq.
Zuxruf/43:56 Onları, sonradan gələnlər üçün bir ibrət və örnək etdik.