Təhrim - 66:11 Allah iman edənlərə, Fironun xanımını örnək verir. O, "Rəbbim, mənim üçün cənnətdə bir ev qur və məni Firondan və etdiklərindən qurtar; məni bu zalım insanlardan qurtar," demişdi.
Allah iman edənlərə, Fironun xanımını nümunə verir:
Qasas/28:7 Musanın anasına: "Onu əmizdir, ancaq nə zaman onun can güvənliyindən narahat olarsansa onu çaya at. Qorxma, üzülmə. Biz onu sənə döndərəcək və onu elçilərdən biri edəcəyik," deyə vəhy etdik.
Qasas/28:8 Nəhayət Fironun ailəsi, özləri üçün bir düşmən və üzüntü qaynağı olacaq o körpəni götürdü. Firon, Haman və orduları günahkarlar idilər.
Qasas/28:9 Fironun arvadı, "Gözümüz aydın olsun. Onu öldürmə. Bəlkə bizə faydası toxunar, yaxud onu övlad seçərik." Heç bir şeydən xəbərləri yox idi.