Təhrim - 66:11 Allah iman edənlərə, Fironun xanımını örnək verir. O, "Rəbbim, mənim üçün cənnətdə bir ev qur və məni Firondan və etdiklərindən qurtar; məni bu zalım insanlardan qurtar," demişdi.
Cənnətdə köşklər:
Furqan/25:10 İstəsə sənə, bunlardan daha yaxşı olan, içlərindən çaylar axan cənnətlər (bağçalar) və köşklər verə bilən O çox ucadır.

Ənkəbut/29:58 İman edən və müttəqi davrananları içindən çaylar axan cənnətin köşklərinə yerləşdirəcəyik; orada əbədi qalarlar. Çalışanların (səy göstərənlərin) qarşılığı necə də gözəldir.

Zumər/39:20 Ancaq Rəblərinə ehtiram edənlər üçün üst-üstə qurulmuş köşklər vardır; altlarından çaylar axar. Allahın verdiyi sözdür. Şübhəsiz Allah sözündən dönməz.

Təhrim/66:11 Allah iman edənlərə, Fironun xanımını örnək verir. O, "Rəbbim, mənim üçün cənnətdə bir ev qur və məni Firondan və etdiklərindən qurtar; məni bu zalım insanlardan qurtar," demişdi.

Saff/61:12 Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.