Təhrim - 66:12 Və İmran qızı Məryəm də... O, iffətini qorudu, Biz də ruhumuzdan ona üflədik. O Rəbbinin kəlmələrinə və kitablarına iman etdi; itaət edənlərdən oldu.
"Məryəmə ruhumuzdan üflədik": Məqsəd nədir?
Məryəm/19:16 Kitabda Məryəmi də xatırla. Ailəsindən ayrılıb şərq tərəfdə bir yerə çəkilmişdi.
Məryəm/19:17 Özü ilə onlar arasına bir pərdə çəkmişdi. Bu durumda ona Ruhumuzu göndərdik və önündə mükəmməl bir insan surətində formalaşdı.
Məryəm/19:18 (Məryəm) dedi, "Səndən Rəhmana sığınıram! Müttəqisənsə..."
Məryəm/19:19 (Mələk:) "Mən, sənə tərtəmiz bir oğlan uşağı vermək üçün görəvləndirilmiş Rəbbinin bir elçisiyəm," dedi.