Təhrim - 66:2
Allah, andlarınızın halallaşdırmanın yolunu bildirmişdir. Mövlanız (sahibiniz) Allahdır. O Biləndir, Hikmət Sahibidir.
Zihar/arvadlarını, analarının yerinə qoyub özünə yadlaşdırdıqdan sonra, dönmək istəyənlərin etməli olduğu:
Mucadilə/58:3
Qadınlarını analarına bənzədərək yadlaşdırdıqdan (uzaq durduqdan) sonra sözlərindən dönənlər, arvadları ilə cinsi əlaqəyə girmədən öncə bir köləni azadlığa qovuşdursunlar. Sizə öyüd edilən budur. Allah etdiyiniz hər şeyi xəbər alır.
Mucadilə/58:4
Azad edəcək bir kölə tapa bilməyən, cinsi əlaqədən öncə üst-üstə iki ay boyunca oruc tutmalıdır. Buna gücü çatmayan isə altımış yoxsulu doydurmalıdır. Allaha və elçisinə iman etməlisiniz. Bunlar, Allahın müəyyən etdiyi hədlərdir. İnkar edənlər ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.