Təhrim - 66:5 Sizi boşayarsa, Rəbbi ona, bəlkə sizin yerinizə sizdən daha yaxşı, (Tanrıya) təslim olan, iman edən, (özünü Allaha) həsr edən, yönələn, qulluq edən, aktiv, dul və gənc zövcələr verər.
Peyğəmbər yaxını olmanın heç bir avantajı yoxdur:
Tovbə/9:113 Əqrəba olsalar belə, nə peyğəmbər, nə də iman edənlər, cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra ortaq qoşanlar üçün bağışlanma diləyə bilməz.
Tovbə/9:114 İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.

Təhrim/66:10 Allah inkar edənlərə, Nuhun arvadı ilə Lutun arvadını örnək verir. İki müttəqi qulumuzun nikahı altında idilər; ancaq onlara xəyanət etdilər. Ərləri Allahdan gələn heç bir şeyi o ikisindən dəf edə bilmədi. İkisinə də, "Girənlərlə birlikdə cəhənnəmə girin," deyildi.

Hud/11:45 Nuh Rəbbinə səsləndi: "Ey Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin verdiyin söz isə əlbəttə gerçəkdir və Sən, hökm verənlərin ən yaxşısısan."
Hud/11:46 Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."
Hud/11:47 Dedi ki: "Rəbbim! Bilmədiyim bir mövzuda Sənə yalvardığım üçün Sənə sığınıram. Məni bağışlamasan, mənə acımasan, ziyana uğrayanlardan olaram."

Saffat/37:113 Ona da, İshaqa da lütf etdik. Şübhəsiz, ikisinin soyundan həm yaxşı davrananlar, həm də özünə zülm edənlər var.

Bəqərə/2:124 Rəbbi, bir zamanlar İbrahimi bəzi kəlmələrlə sınamış; o da onlara əlavə etmişdi: (Tanrı) "Səni insanlara öndər edəcəyəm," demişdi. "Soyumdan da?..," deyincə, "Zalımlar Mənim sözümə daxil olmaz" buyurmuşdu.

Əraf/7:188 De ki: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir zərər verə bilmərəm. Gizlini bilsəydim malımı artırardım, mənə pislik də toxunmazdı. Mən ancaq iman edən bir camaat üçün bir xəbərdarlıq edən və müjdə verənəm."

Əhqaf/46:9 De ki, "Mən qeyri-adi bir elçi deyiləm. Mənə və sizə nə olacağını da bilmirəm. Mən, ancaq mənə vəhy edilənə tabe oluram. Mən açıq-aşkar bir xəbərdar edəndən başqa bir şey deyiləm."

Əraf/7:6 Özlərinə mesaj göndərilənləri də sorğu-suala çəkəcəyik, elçiləri də sorğu-suala çəkəcəyik.

Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."