Təhrim - 66:5 Sizi boşayarsa, Rəbbi ona, bəlkə sizin yerinizə sizdən daha yaxşı, (Tanrıya) təslim olan, iman edən, (özünü Allaha) həsr edən, yönələn, qulluq edən, aktiv, dul və gənc zövcələr verər.
Peyğəmbər öldüyündə və ya zövcəsini boşadığında, zövcələriylə evlənmək qadağan edilmişdir:
Əhzab/33:53 Ey iman edənlər, peyğəmbərin evinə, yeməyə dəvət edilmədən daxil olmayın. Elə bir dəvəti də gözləməyin. Dəvət edildiyiniz vaxt daxil ola bilərsiniz. Yeməyi yedikdən sonra ayrılıb dağılın. Hədislərə (sözlərə) dalmayın. Bu vəziyyət peyğəmbəri üzür (narahat edir); ancaq sizə bildirməkdən utanırdı. Allah gerçəyi bildirməkdən çəkinməz. Onun xanımlarından bir şey istədiyinizdə onu bir pərdə arxasından istəyin. Bu sizin qəlbiniz və onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın elçisini üzməməlisiniz və ondan sonra onun zövcələri ilə əsla evlənməməlisiniz, çünki bu, Allah qatında çox böyük bir günahdır.
Əhzab/33:6 Peyğəmbər, iman edənlərə, özlərindən daha yaxındır və xanımları isə analarıdır. Allahın kitabına görə, iman edənlər, köçərilərdən (hicrət edənlərdən) özlərinə əqrəba olanları daha ön planda tutmalıdır. Ancaq dostlarınıza yaxşılıq etməyiniz xaric. Bunlar, bu kitabda qanuniləşmişdir.
Əhzab/33:32 Ey Peyğəmbərin xanımları, siz hər hansısa bir qadın kimi deyilsiniz. Müttəqisinizsə, işvəli danışmayın ki, qəlbində xəstəlik olan biriləri sizə yönəlməsin. Gözəl və normal şəkildə danışın.