Təhrim - 66:5
Sizi boşayarsa, Rəbbi ona, bəlkə sizin yerinizə sizdən daha yaxşı, (Tanrıya) təslim olan, iman edən, (özünü Allaha) həsr edən, yönələn, qulluq edən, aktiv, dul və gənc zövcələr verər.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.