Təhrim - 66:6 Ey iman edənlər, yanacağı insanlar və daşlar olan atəşdən özünüzü və ailənizi qoruyun. Atəşin üzərində sərt və güclü mələklər var ki, Allahın əmrinə qarşı gəlməzlər və onlara nə əmr edilmişsə onu yerinə yetirərlər.
Dirilmə gününün əzabından qorunmaq üçün Quranın proqnozu:
Bəqərə/2:38 "Oradan toplu halda enin," -dedik. "Məndən sizə bir yol göstərici gəldiyi zaman, o yol göstəriciyə tabe olanlar üçün artıq bir qorxu yoxdur və onlar üzülməyəcəklər."
Bəqərə/2:112 Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:274 Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.

Maidə/5:69 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Ənam/6:48 Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.

Nəml/27:89 Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.

Zuxruf/43:67 Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.
Zuxruf/43:68 Qullarım, bu gün sizə qorxu yoxdur və üzülməyəcəksiniz.

Əhqaf/46:13 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.