Təhrim - 66:8 Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.
"(Dünyada) Peyğəmbərlə birlikdə olanlar.":
Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.

Ənfal/8:62 Səni aldatmaq istəyərlərsə, Allah sənə yetər. O ki səni yardımı ilə və iman edənlərlə dəstəklədi.

Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:172 O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.

Əhzab/33:56 Allah və mələkləri peyğəmbəri dəstəkləməkdədir. Ey iman edənlər siz də onu dəstəkləyin, lazım olan hörməti və itaəti göstərin.

Hədid/57:25 Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.

Həşr/59:8 Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.

Təhrim/66:4 İkiniz Allaha tövbə etsəniz, qəlbiniz yönəlmiş olar. Ona (elçiyə) qarşı olaraq bir-birinizi dəstəkləsəniz, onun mövlası (qoruyucusu/sahibi) Allahdır; Cəbrail, iman edən müttəqilər və mələklər də onu dəstəkləyir.

Muhəmməd/47:2 İman edib müttəqi davrananların və Rəblərindən bir gerçək olaraq Muhəmmədə nazil edilənə iman edənlərin isə günahlarını örtər və vəziyyətlərini düzəldər.

Maidə/5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."

Bəqərə/2:214 Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.

Nur/24:62 Gerçək iman edənlər, Allaha və elçisinə iman edən və ictimai bir problem üçün onunla bərabər ikən ondan izinsiz tərk etməyənlərdir. Səndən izin istəyənlər, Allaha və elçisinə iman edənlərdir. Bəzi işləri üçün səndən izin istədikləri vaxt, istədiyinə izin verə bilərsən. Onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.

Fəth/48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.

Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."