Mulk - 67:15
O ki, Yeri əmrinizə verdi. Yer üzünü gəzib-dolaşın və onun məhsullarından yeyin. Son dönüş Onadır.
Allaha ortaq qoşanların, təmiz nemətlərin bir qismini tanrılarına aid edib, insanlara haram etmələrinə işarə:
Ənam/6:119
Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.
Ənam/6:118
Ayələrinə iman edirsinizsə, üzərində Allahın ismi xatırlananlardan yeyin.
Bəqərə/2:168
Ey insanlar! Yerin halal və təmiz məhsullarından yeyin, şeytanın addım izləri ilə getməyin; o, sizə açıq-aydın düşməndir.
Bəqərə/2:169
O sizə pisliyi, həyasızlığı və Allaha bilmədiyiniz şeyləri isnad etməyinizi əmr edər.
Bəqərə/2:172
Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin. Allaha şükür edin, sadəcə Ona qulluq/xidmət edirsinizsə.
Bəqərə/2:173
O, sizə sadəcə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Hər kim (bunları yeməyə) məcbur qalarsa, (sui-istifadə yolunu) axtarmamaq və həddi aşmamaq şərti ilə günah işləmiş olmaz. Allah Bağışlayandır, Rəhmlidir.
Maidə/5:88
Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin. İman etdiyiniz Allahı dinləyin.
Maidə/5:103
Müəyyən bir erkək və dişi birləşdirməsiylə balalayanların, and nəticəsi olaraq sərbəst buraxılanların, bir-birinin ardınca iki erkək doğanların və on dəfə döl verən erkək dəvələrin haram edilməsini Allah təsdiqləmir. İnkar edənlər Allaha iftira edir. Onların çoxu dərk etməz.
Ənam/6:138
Zənlərinə görə belə dedilər: "Bunlar toxunulmaz kənd təsərrüfatı heyvanları və əkinlərdir. İstədiyimizdən başqası bunları yeyə bilməz." Minilməsi qadağan edilən kənd təsərrüfatı heyvanları... Allahın ismini üzərlərində xatırlamadıqları kənd təsərrüfatı heyvanları... (Müxtəlif haramları) Ona isnad etdilər. Onları iftiralarıyla cəzalandıracaqdır.
Ənam/6:142
Kənd təsərrüfatı heyvanları, minməyiniz, kəsməyiniz və ya onlardan yataq materialı çıxarmanız üçündür. Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.
Ənam/6:143
Səkkiz cift: Qoyundan iki, keçidən iki... De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkilərimi?" Doğru sözlülərsinizsə, bir biliyə əsaslanaraq mənə cavab verin.
Ənam/6:144
Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."
Ənam/6:145
De ki: "Mənə vəhy edilənlər içində, yeyən birisi üçün bunlardan başqa haram edilmiş bir maddə görmürəm: Leş, axıdılmış qan, donuzun əti - ki pisdir, Allahdan başqasına azğınca nəzir edilmiş yeyəcəklər." Məcburiyyətdə qalan bir kimsə, istəkli olmazsa və həddi aşmazsa, şübhəsiz sənin Rəbbin Bağışlayandır, Rəhmlidir.
Ənam/6:146
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. İnək və qoyunun da yağlarını haram etdik; ancaq bellərində yaxud bağırsaqlarında daşıdıqları, və ya sümüklərinə qarışmış olanlar xaric. Həddi aşmalarına görə onları belə cəzalandırdıq. Biz doğru deyirik.
Yunus/10:59
De ki, "Allahın sizə endirdiyi ruzilərin bir qismini halal, bir qismini də haram etdiyinizi görmürsünüzmü?" De ki, "Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı edirsiniz?"
Nəhl/16:114
Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin və Allahın nemətlərinə şükür edin; sadəcə Ona qulluq edirsinizsə.