Mulk - 67:2
Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.
Allah göyləri, yeri və aralarındakını bizləri sınamaq üçün yaratmışdır:
Bəqərə/2:155
Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Mulk/67:2
Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.
Bəqərə/2:214
Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.
Ali İmran/3:142
Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?
Casiyə/45:22
Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı ki, hər can, qazandığının qarşılığını haqsızlığa uğramadan görsün.
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Kəhf/18:7
Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.
Muminun/23:115
"Sizi boş yerə yaratdığımızı və Bizə dönməyəcəyinizimi sandınız?"
Furqan/25:20
Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.
Ənkəbut/29:2
İnsanlar, sadəcə "iman etdik" demələri ilə, heç sınağa çəkilmədən buraxılacaqlarınımı sanırlar?
Ənam/6:42
Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Əraf/7:168
Onları yer üzündə topluluqlara ayırdıq. Bir qismi yaxşı, digər bir qismi isə alçalmış vəziyyətdə idi. Dönərlər deyə onları yaxşılıqlar və pisliklərlə sınadıq.
Ənfal/8:17
Onları siz öldürmədiniz, fəqət Allah öldürdü. Atdığın zaman da sən atmırdın; Allah atırdı. Fəqət beləcə iman edənləri gözəl bir sınaqla sınadı. Allah Eşidəndir, Biləndir.
Ənfal/8:28
Bilin ki, mallarınız və övladlarınız sizin üçün bir sınaqdır və böyük mükafat Allah qatındadır.
Ta ha/20:84
(Musa) dedi: "Onlar təlimə tabedirlər. Rəbbim, razı olasan deyə, Sənə doğru tələsdim."
Ta ha/20:85
(Allah:) "Xalqını, səndən sonra sınağa çəkdik. Samiri onları azdırdı," dedi.
Sad/38:34
Süleymanı beləcə sınadıq; onun hökmranlığına maddi zənginlik qatdıq; ancaq o tamamilə (Tanrıya) yönəldi.
Ənbiya/21:35
Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.
Fəcr/89:15
Rəbbi, sınamaq üçün insana bolluca verib sevindirdiyi zaman, "Rəbbim mənə comərd (səxavətli) davrandı," deyər.
Fəcr/89:16
Ancaq nə zaman ki, ruzisini azaldaraq onu sınayarsa, "Rəbbim məni alçaltdı," deyər
Ənbiya/21:16
Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.