Mulk - 67:23
De ki, "Sizi yaradan, sizə eşitmə, görmə hisləri və beyinlər verən Odur. Nə qədər seyrək şükür edirsiniz!"
Eşitmək, görmək hisləri və beyinlər verdi: Nə üçün?
İnsan/76:2
Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
Səcdə/32:9
Sonra onu düzəldib formaya salıb ona ruhundan üfürdü. Sizə eşitmə və görmə bacarığı ilə beyinlər verdi; siz çox seyrək (hərdənbir) şükür edirsiniz.
Əhqaf/46:26
Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.
Əraf/7:179
İnsanlardan və cinlərdən çoxunu cəhənnəmə məhkum etdik. Qəlbləri var, fəqət qavraya bilməzlər; gözləri var, fəqət görməzlər; qulaqları var, fəqət eşitməzlər. Onlar, kənd təsərrüfatı heyvanları kimidir, hətta daha da pis... Və onlar, olub bitəndən xəbərsizdirlər.
Əraf/7:198
Onları hidayətə çağırsan, eşitməzlər. Onların sənə baxdığını görərsən; fəqət onlar görməzlər.
Nəhl/16:78
Allah sizi analarınızın qarnından çıxardığı zaman bir şey bilmirdiniz. Sizə eşitmə, görmə duyğuları və beyinlər verdi ki, şükür edəsiniz.
İsra/17:36
Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.
Muminun/23:78
Odur yaradan, eşitmə, görmə duyğuları və beyinlər. Nə qədər də az şükür edirsiniz.