Mulk - 67:29 De ki, "O, Rəhmandır; biz Ona iman etdik və Ona güvəndik. Kimin gerçəkdən tam bir azğınlıq içində olduğunu irəlidə öyrənəcəksiniz."
Rəhman (Mərhəmət edən, Qoruyan):
Həşr/59:23 O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.

Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”

Ənbiya/21:42 De ki: "Sizi Rəhmandan kim gecə və gündüz qoruya bilər? Amma onlar, Rəbbinin mesajından tamamilə üz çevirirlər.

Əraf/7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."

Muminun/23:88 De ki: "Qoruyub mühafizə edən, fəqət Özü qorunub mühafizə edilməyən; hər şeyin hökmranlığını əlində saxlayan kimdir, bilirsinizmi?"
Muminun/23:97 Və de ki, "Rəbbim, Şeytanların pıçıltılarından (vəsvəsələrindən) Sənə sığınıram."

Ğafir/40:8 "Rəbbimiz, onları, müttəqi atalarını, zövcələrini və uşaqlarını söz verdiyin Ədn cənnətlərinə daxil et. Şübhəsiz Sən Üstünsən, Hikmət Sahibisən."
Ğafir/40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."

İnsan/76:8 Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10 "Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."
İnsan/76:11 Həqiqətən, Allah onları o günün pisliyindən qoruyar və onlara nəşə və sevinc verər.

Nisa/4:83 Onlara güvənlik və təhlükəylə əlaqəli söz-söhbət yetişsə, onu yayarlar. Vəziyyəti elçiyə və aralarındakı səlahiyyətli şəxslərə yetişdirsəydilər mütəxəssisləri onu dəyərləndirərdi. Sizə Allahın lütfü və rəhməti olmasaydı çox azınız istisna olmaqla şeytana uyacaqdınız.
Nisa/4:113 Allahın sənə lütfü və rəhməti olmasaydı, onlardan bir qrup səni azdıracaqdı. Onlar, yalnız özlərini azdırır; sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitab və hikməti nazil etdi və sənə bilmədiyin şeyləri öyrətdi. Allahın sənə olan lütfü böyükdür.

Ənam/6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.

Əraf/7:52 Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.
Əraf/7:156 "Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."

Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.

Yunus/10:84 Musa: "Ey xalqım, əgər gerçəkdən Allaha iman etmiş və Ona təslim olmuşsunuzsa (müsəlman olmuşsunuzsa) Ona güvənin."
Yunus/10:85 Dedilər ki: "Allaha güvəndik. Rəbbimiz, Bizi zalım xalqın təzyiqinə məruz qoyma."
Yunus/10:86 "Rəhmətinlə bizi inkarçı xalqdan qurtar."

Hud/11:58 Əmrimiz gəlincə Hudu və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Onları dəhşətli bir əzabdan qurtardıq.

Məryəm/19:2 Bu, Rəbbinin, qulu Zəkəriyyaya olan rəhmətinin xatırlanmasıdır.
Məryəm/19:4 "Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Məryəm/19:5 "Mənə tabe olanların məndən sonrakı halından narahat oluram. Arvadım da qısırdır. Qatından mənə bir varis bağışla."
Məryəm/19:6 "Mənə və Yəqub soyuna varis olsun. Rəbbim, onu bəyəndiyin biri et."
Məryəm/19:7 "Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."

Zumər/39:53 Onlara bildir: "Özlərinə qarşı həddi aşan  qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."

Şura/42:28 Ümidlərini kəsmələrindən sonra yağmuru endirən və rəhmətini yayandır. O, Tərifəlayiq bir Dostdur.

Qasas/28:73 Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.