Mulk - 67:29 De ki, "O, Rəhmandır; biz Ona iman etdik və Ona güvəndik. Kimin gerçəkdən tam bir azğınlıq içində olduğunu irəlidə öyrənəcəksiniz."
Allah yolundan azanları və doğru yolda olanları bilir:
Ənam/6:117 Əlbəttə, Rəbbin yolundan çıxanı yaxşı bilir. Doğru yolda olanları da O daha yaxşı bilir.

Yunus/10:40 Onlardan bəziləri buna iman edir, bəzisi də iman etməz. Rəbbin fəsad törədənləri daha yaxşı bilir.

Nəhl/16:125 Rəbbinin yoluna hikmətlə və gözəl aydınlatma ilə dəvət et. Onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin, yolundan azanları və doğru yolda olanları ən yaxşı biləndir.

İsra/17:84 De ki: "Hər kəs inancına görə davranır. Kimin daha doğru yolda olduğunu isə Rəbbim daha yaxşı bilir."

Ta ha/20:135 De ki: "Hər kəs gözləməkdədir. Siz də gözləyin. Düzgün yolun sahiblərinin kimlər olduğunu və kimlərin hidayət üzərində olduğunu irəlidə biləcəksiniz!"

Qaləm/68:7 Rəbbin, kimin yolundan çıxmış olduğunu da yaxşı bilir, doğru yolda olanları da yaxşı bilir.