Mulk - 67:30
De ki, "Heç düşündünüzmü ki: suyunuz çəkilsə, sizə kim təmiz bir su gətirə bilər?"
Təmiz su nədir?
Vaqiə/56:68
İçdiyiniz suya diqqət etdinizmi?
Vaqiə/56:69
Onu buludlardan siz endirirsiniz, yoxsa Biz?
Vaqiə/56:70
İstəsəydik, onu duzlu edərdik. Şükür etmirsiniz?
Furqan/25:48
Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.
Mulk/67:30
De ki, "Heç düşündünüzmü ki: suyunuz çəkilsə, sizə kim təmiz bir su gətirə bilər?"