Qaləm - 68:19
Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
"Ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.":
Rum/30:51
Ancaq, O bir fırtına göndərsə və onlar (əkinlərin quruyub) saraldığını görsələr dərhal inkar və nankorluq etməyə başlayarlar.
Kəhf/18:45
Onlara dünya həyatının örnəyi olaraq, göydən endirdiyimiz suyla qidalanan və sonra küləyin sovurduğu çör-çöpə dönən yer üzünün bitkisini ver. Allah hər şeyə Gücü Yetəndir.
Qamər/54:19
Uğursuzluq üstünə uğursuzluğa sahib bir gündə üzərlərinə vəhşi bir ruzgar göndərdik.
Qamər/54:20
İnsanları, sanki köklərindən qopardılmış xurma kötükləri kimi yıxırdı.
Ənkəbut/29:40
Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.