Qaləm - 68:2 Sən Rəbbinin neməti ilə dəli olmuş deyilsən.
Muhəmməd peyğəmbərə dəli dedilər:
Qaləm/68:51 Mesajı eşitdikləri zaman, inkar edənlər az qala səni gözləri ilə yeyəcəkdilər. "O, dəlidir!" deyirdilər.

Duxan/44:13 Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14 Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.


Muminun/23:68 Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Muminun/23:70 Yoxsa, onun dəli olduğunamı qərar verdilər? Halbuki onlara gerçəyi gətirmişdi. Lakin onların çoxu gerçəyi xoşlamır.

Saffat/37:35 Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36 "Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.

Hicr/15:6 Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."

Tur/52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.

Qaləm/68:2 Sən Rəbbinin neməti ilə dəli olmuş deyilsən.

Əraf/7:184 Düşünmürlərmi? Yoldaşlarında heç bir dəlilik yoxdur. O, ancaq açıq-aşkar bir xəbərdar edəndir.

Səba/34:46 De ki, "Sizə bir tək öyüdüm var: Allah üçün iki-iki, yaxud tək-tək qalxın, sonra düşünün. Sizin yoldaşınızda bir dəlilik yoxdur. O, sadəcə, şiddətli bir cəzadan öncə sizi xəbərdar edən biridir."
Səba/34:8 "Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.