Qaləm - 68:30 Və dərhal bir-birlərini günahlandırmağa başladılar.
Əzabı dadınca "gerçəkdən bizlər zalımlar idik," deyərlər:
Ənbiya/21:62 "İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
Ənbiya/21:63 "Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
Ənbiya/21:64 Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."
Ənbiya/21:65 Sonra təkrar köhnə fikirlərinə döndülər (və dedilər): "Bunların danışmadığını sən çox yaxşı bilirsən!"

Əraf/7:5 Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.

Ənbiya/21:11 Neçə-neçə ölkələri, haqsızlıq etmələrindən ötrü qırıb məhv etdik və onların ardınca başqa cəmiyyətlər yaratdıq.
Ənbiya/21:12 Əzabımızı hiss etdikləri anda ondan qaçmağa çalışırdılar.
Ənbiya/21:13 Qaçmayın, dəbdəbəli və israfçılıq üçün yaşadığınız yerə, evlərinizə dönün. Çünki sorğu-suala çəkiləcəksiniz.
Ənbiya/21:14 "Vay bizim halımıza, biz gerçəkdən zülm edənlərmişik," dedilər.
Ənbiya/21:15 Onları biçib-bitirənə qədər bu yalvarmalarını təkrarlayacaqlar.