Qaləm - 68:47
Yoxsa keçmişin və gələcəyin bilgisi onların yanındadı və onlarmı qeyd edirlər (yazırlar)?
Keçmişin və gələcəyin biliyi Allaha aiddir:
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Loğman/31:34
Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.
Nəml/27:65
De ki, "Göylərdə və yerdə, Allahdan başqa kimsə gələcəyi bilə bilməz. Nə zaman diriləcəklərinin belə fərqinə vara bilməzlər."