Qaləm - 68:49
Rəbbindən ona bir nemət yetişməsəydi, qınanmış olaraq şoran bir sahilə atılacaqdı.
İman edənlər Rəblərindən ümidlərini üzməz:
Hud/11:9
İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.
Yusuf/12:87
"Oğullarım, gedin, Yusufu və qardaşını araşdırın. Allahın rəhmətindən ümid kəsməyin. İnkar edənlərdən başqası Allahın rəhmətindən ümid kəsməz."
Ənbiya/21:90
Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.
Hicr/15:55
"Sənə gerçəyi müjdələdik, ümidini kəsmə," dedilər.
Hicr/15:56
"Azğınlardan başqa Rəbbinin rəhmətindən kim ümid kəsər?" dedi.
Məryəm/19:4
"Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Rum/30:48
Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.
Rum/30:49
Halbuki onlar, onun (yağmurun) onların üzərinə yağmadan öncə ümidsiz idilər.
Zumər/39:53
Onlara bildir: "Özlərinə qarşı həddi aşan qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."
Şura/42:28
Ümidlərini kəsmələrindən sonra yağmuru endirən və rəhmətini yayandır. O, Tərifəlayiq bir Dostdur.
Məaric/70:19
Doğrusu insan narahat bir xarakterə sahibdir.
Məaric/70:20
Ona pislik toxunduğu zaman ümidini kəsər.