Haqqə - 69:39
Və görmədiklərinizə,
İman edənlər duyğuları ilə hiss edə bilmədikləri gerçəklərə də iman edirlər:
Bəqərə/2:3
O kəslər ki, duyğularıyla hiss edə bilmədikləri gerçəklərə də inanarlar, namazı (səlatı) qoruyarlar, onlara verdiyimiz ruzidən möhtaclara verərlər;
İsra/17:44
Yeddi göy və onların içindəkilər Onu ucaldaraq xatırlayarlar. Heç bir şey yoxdur ki, Onu tərifləyərək və ucaldaraq xatırlamasın; amma siz onların xatırlamalarını anlamazsınız. O Şəfqətlidir, Bağışlayandır.
Məryəm/19:61
Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.
Səcdə/32:17
Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.
Bəqərə/2:285
Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."
Əraf/7:143
Musa, təyin edilən vaxtda Bizə gəlincə və Rəbbi onunla danışınca, "Rəbbim mənə görün, Sənə baxım," dedi. "Məni görə bilməzsən. Ancaq bu dağa bax; yerində durarsa, o zaman məni görəcəksən," dedi. Rəbbi, dağa görününcə onu parça-parça etdi və bundan sonra Musa özündən getdi. Ayılınca, "Sən Ucasan, Sənə yönəlirəm. Mən iman edənlərin ən öndə olanıyam," dedi.
Bəqərə/2:154
Allah yolunda öldürülənlərə: “Onlar ölülərdir!” deməyin. Əksinə, onlar diridir, fəqət siz fərqində deyilsiniz.
Bəqərə/2:259
Yaxud bu kimsə kimisi də (diqqətini çəkmədimi?)... Altı üstünə gəlmiş, dağılmış bir qəsəbəyə uğrayar və "Allah bunu ölümündən sonra necə dirildə bilər?" - deyər. Buna görə Allah onu yüz il ölü saxladıqdan sonra diriltdi. "Burada nə qədər qaldın?" dedi. "Bir gün yaxud günün bir hissəsi qədər qaldım," dedi. "Xeyr, sən yüz il qaldın. Yeməyinə və içməyinə bax hələ də xarab olmayıb. Eşşəyinə də bax. Səni insanlar üçün bir dəlil etdik. Sümüklərə diqqət et, onları necə üst-üstə qoyur, sonra onlara necə də ət geyindiririk." Vəziyyət ona aydınlanınca, "Artıq Allahın hər şeyə gücünün yetdiyini bilirəm," dedi.
Saffat/37:64
O, cəhənnəmin dibindən çıxan bir ağacdır.
Saffat/37:63
Biz onu zalımlar üçün bir sınaq etdik.
Saffat/37:62
Bu daha yaxşı bir məskəndir, yoxsa zəqqum ağacımı?"
Bəqərə/2:74
Bütün bunlara rəğmən yenə qəlbləriniz qatılaşdı; daş kimi, hətta daha qatı. Çünki elə daşlar var ki, ondan çaylar fışqırır. Bəziləri yarılır, bağrından su çıxarır. Bəziləri isə Allaha olan hörmətdən gizlənər. Allah etdiklərinizdən xəbərsiz deyildir.