Haqqə - 69:41 O, bir şair sözü deyildir; Necə də az iman edirsiniz?
Muhəmməd peyğəmbərə Quranı uyduran bir şair dedilər:
Ənbiya/21:2 Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.
Ənbiya/21:3 Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Ənbiya/21:4 Dedi ki, "Rəbbim yerdə və göydə hər sözü bilir. O, Eşidəndir, Biləndir!"
Ənbiya/21:5 Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.

Saffat/37:35 Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36 "Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.
Saffat/37:37 Həqiqətən, o, gerçəyi gətirmiş və elçiləri təsdiqləmişdir.

Tur/52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.
Tur/52:30 Yoxsa, "O bir şairdir, onun ölməsini gözləyirik." deyirlər?
Tur/52:31 De ki, "Gözləyin; mən də sizinlə birlikdə gözləməkdəyəm."

Haqqə/69:41 O, bir şair sözü deyildir; Necə də az iman edirsiniz?
Haqqə/69:42 Kahin sözü də deyildir; Necə də az düşünürsünüz?

Ya sin/36:69 Ona şer öyrətmiş deyilik, zatən ona uyğun deyil. Bu, ancaq bir mesaj və açıq-aşkar bir Qurandır.