Ənam - 6:100
Allaha cinləri ortaq qoşdular. Halbuki onları O yaratmışdır. Bilmədən Ona oğullar və qızlar yaraşdırdılar. Onun şanı Ucadır, onların dəyərləndirmələrindən çox Üstündür.
Allaha cinləri necə ortaq qoşdular?
Nisa/4:117
Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.
Səba/34:40
Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
Saffat/37:158
Hətta Onunla cinlər arasında bir əqrəbalıq uydurdular. Halbuki cinlər bilirlər, onlar haqq-hesaba çəkiləcəklər.
Saffat/37:159
Allah onların isnad etdiklərindən çox Ucadır.
Səba/34:41
Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."