Ənam - 6:109 Onlara bir möcüzə gəlsə ona mütləq iman edəcəklərinə dair bütün gücləriylə Allaha and içərlər. De ki: "Möcüzələr Allahın yanındadır." Möcüzə gəldiyi zaman da onların iman etməyəcəyini bilmirsiniz?
Möcüzələr Allahın yanındadır:
Bəqərə/2:118 Cahillər: “Allah bizimlə danışmalı və ya bizə bir ayə (möcüzə) gəlməli deyildimi?” dedilər. Daha öncəkilər də onlar kimi danışmışdılar. (Onların) başları bir-birinə bənzəyir. Biz möcüzələri, iman edənlərə sərgiləyərik.

Ənam/6:37 "Ona Rəbbindən bir ayə (möcüzə) enməli deyildimi?" deyirlər. De ki: "Allah istədiyi an bir ayə endirə bilir; fəqət çoxu bunu bilməz."
Ənam/6:109 Onlara bir möcüzə gəlsə ona mütləq iman edəcəklərinə dair bütün gücləriylə Allaha and içərlər. De ki: "Möcüzələr Allahın yanındadır." Möcüzə gəldiyi zaman da onların iman etməyəcəyini bilmirsiniz?

İsra/17:59 Öncəkilərin onları yalanlamış olması, Bizi ayələr göndərməkdən saxlamadı. Örnək olaraq, Səmud (xalqına) dəvəni açıq şəkildə vermişdik. Fəqət ona haqsızlıq etdilər. Biz ayələri yalnızca xəbərdarlıq məqsədiylə göndəririk.

Ənkəbut/29:50 "Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."