Ənam - 6:116 Yer üzündəkilərin əksəriyyətinə tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyurlar və onlar sadəcə təxminlərə əsaslanıb saçmalayırlar.
İzləməyimiz və tabe olmağımız lazım olan şey:
Zumər/39:55 O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
Zumər/39:56 (Ona görə) ki: "Allahın təliminə əhəmiyyət verməməyimdən ötrü vay halıma; doğrusu mən istehza edənlərdən idim," deməsin.
Zumər/39:57 Və ya, "Allah məni doğruya yönəltsəydi, həqiqətən müttəqilərdən biri olacaqdım," deməsin.
Zumər/39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.

Əraf/7:157 Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.
Əraf/7:3 Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!

Əhzab/33:2 Rəbbindən sənə nazil edilənə tabe ol! Allah etdiklərinizdən Xəbərdardır.

Ənam/6:106 Rəbbindən sənə nazil edilənə tabe ol! Ondan başqa tanrı yoxdur. Ortaq qoşanlardan da üz çevir.

Zuxruf/43:43 Sənə vəhy edilənə sarıl; çünki sən doğru yoldasan.