Ənam - 6:118
Ayələrinə iman edirsinizsə, üzərində Allahın ismi xatırlananlardan yeyin.
Ortaq qoşanların heyvanları haram etmələri ilə əlaqəli:
Ənam/6:136
Allahın yaratdığı əkinlərdən və kənd təsərrüfatı heyvanlarından Ona bir pay ayıraraq, (öz) başlarına görə, "Bu Allahın, bu da ortaqlarımızındır," dedilər. Ortaqlarının payı Allaha yetişmir; ancaq Allahın payı ortaqlarına yetişir! Necə də pis hökm verirlər.
Ənam/6:138
Zənlərinə görə belə dedilər: "Bunlar toxunulmaz kənd təsərrüfatı heyvanları və əkinlərdir. İstədiyimizdən başqası bunları yeyə bilməz." Minilməsi qadağan edilən kənd təsərrüfatı heyvanları... Allahın ismini üzərlərində xatırlamadıqları kənd təsərrüfatı heyvanları... (Müxtəlif haramları) Ona isnad etdilər. Onları iftiralarıyla cəzalandıracaqdır.
Ənam/6:139
"Bu kənd təsərrüfatı heyvanlarının qarınlarındakılar sadəcə kişilərimizə aid olub, qadınlarımıza haramdır. Ölü doğarlarsa, o zaman bölüşə bilərlər," dedilər. Bu vəsflərinin hesabını onlara ödədəcəkdir. O Hikmət Sahibidir, Biləndir.
Ənam/6:143
Səkkiz cift: Qoyundan iki, keçidən iki... De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkilərimi?" Doğru sözlülərsinizsə, bir biliyə əsaslanaraq mənə cavab verin.
Ənam/6:144
Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."
Ənam/6:145
De ki: "Mənə vəhy edilənlər içində, yeyən birisi üçün bunlardan başqa haram edilmiş bir maddə görmürəm: Leş, axıdılmış qan, donuzun əti - ki pisdir, Allahdan başqasına azğınca nəzir edilmiş yeyəcəklər." Məcburiyyətdə qalan bir kimsə, istəkli olmazsa və həddi aşmazsa, şübhəsiz sənin Rəbbin Bağışlayandır, Rəhmlidir.
Ənam/6:148
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə atalarımız ortaq qoşmaz, və heç bir şeyi də haram etməzdik," deyəcəklər. Onlardan öncəkilər də əzabımızı dadıncaya qədər eyni şəkildə yalanlamışdılar. De ki: "Yanınızda bizə göstərə biləcəyiniz hər hansısa bir məlumat varmı? Siz ancaq zənnə (şübhəli və ziddiyyətli rəvayətlərə) uyursunuz və siz sadəcə güman edirsiniz.
Maidə/5:103
Müəyyən bir erkək və dişi birləşdirməsiylə balalayanların, and nəticəsi olaraq sərbəst buraxılanların, bir-birinin ardınca iki erkək doğanların və on dəfə döl verən erkək dəvələrin haram edilməsini Allah təsdiqləmir. İnkar edənlər Allaha iftira edir. Onların çoxu dərk etməz.
Şura/42:21
Yoxsa Allahın izni olmadığı halda onlar üçün dini qaydalar və qanunlar ortaya qoyan ortaqlarımı var? Daha öncə müəyyən edilmiş bir qərar olmasaydı, onların arasında hökm verilərdi. Zalımlara ağrılı-acılı bir əzab vardır.
Nisa/4:119
"Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.