Ənam - 6:119 Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.
Məcburi hallar istisna olmaqla qadağan edilənlər:
Maidə/5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.

Bəqərə/2:173 O, sizə sadəcə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Hər kim (bunları yeməyə) məcbur qalarsa, (sui-istifadə yolunu) axtarmamaq və həddi aşmamaq şərti ilə günah işləmiş olmaz. Allah Bağışlayandır, Rəhmlidir.

Ənam/6:145 De ki: "Mənə vəhy edilənlər içində, yeyən birisi üçün bunlardan başqa haram edilmiş bir maddə görmürəm: Leş, axıdılmış qan, donuzun əti - ki pisdir, Allahdan başqasına azğınca nəzir edilmiş yeyəcəklər." Məcburiyyətdə qalan bir kimsə, istəkli olmazsa və həddi aşmazsa, şübhəsiz sənin Rəbbin Bağışlayandır, Rəhmlidir.

Nəhl/16:115 Sizə yalnızca leş, qan, donuz əti və Allahdan başqası üçün nəzr edilənləri haram etmişdir. Kim (bunları yemək) məcburiyyətində qalarsa, istəkli olmamaq və həddi aşmamaq şərtiylə Allah Bağışlayandır, Rəhmlidir!