Ənam - 6:121 Üzərində Allahın adı xatırlanmayanlardan yeməyin. Çünki o, yoldan çıxmaqdır. Şeytanlar, sizinlə mübahisə etmələri üçün dostlarına vəhy edər. Onlara tabe olsanız, siz də ortaq qoşmuş olarsınız.
Şeytan kimlərə dost və yoldaş olur?
Zuxruf/43:36 Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.

Məryəm/19:83 İnkar edənlərin üzərlərinə şeytanları yolladığımızı görmürsünüz? Onları təhrik etməyə davam edirlər.

Fussilət/41:25 Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.

Əraf/7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.