Ənam - 6:122
Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.
Şeytanın pis işlərini özlərinə gözəl göstərdiyi cəmiyyətlərdən nümunə:
Ənam/6:42
Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Ənam/6:43
Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.
Ənam/6:137
Beləcə, onların (Tanrı adından hökm verən) ortaqları, övladlarını öldürməyi belə müşriklərin (ortaq qoşanların) çoxuna yaxşı bir şeymiş kimi göstərdilər. Beləcə onları məhv etdilər və dinlərini qarışdırıb pozdular. Allah istəsəydi bunu edə bilməzdilər. Onlardan və uydurduqları şeylərdən uzaq dur.
Nəhl/16:63
Allaha and olsun ki, səndən öncəki cəmiyyətlərə də elçilər göndərdiyimizdə şeytan işlərini onlara gözəl göstərdi. Necə ki, onların vəlisi (yaxın yoldaşı) bu gün odur. Onlar ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.
Nəml/27:23
"Onları idarə edən bir qadın gördüm. Ona hər şeydən verilmiş və böyük bir sarayı var."
Nəml/27:24
"Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."
Ənkəbut/29:38
Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.
Ğafir/40:36
Firon dedi ki, "Haman, mənim üçün bir qüllə tik ki, yollara yetişim."
Ğafir/40:37
"Göylərin yollarına... Beləcə Musanın tanrısına bir baxım. Onun bir yalançı olduğuna inanıram." Fironun pis rəftarı özünə belə süslənmişdi və beləcə yoldan çıxarıldı. Fironun planı əlbətdə boşa çıxacaqdı."
Muhəmməd/47:13
Səni qovub çıxardan ölkəndən daha güclü neçə-neçə ölkələr var idi ki, onları məhv etdik, onlara yardım edən olmadı.
Muhəmməd/47:14
Rəbbindən bir dəlil üzərində olan, işlədiyi pisliklər özünə gözəl görünən kimi ola bilərmi? Onlar arzularına uymaqdadırlar.