Ənam - 6:123
Hər ölkənin öndə gələn günahkarlarına, orada hiylə və intriqa etmələri üçün izin verdik. Əslində özlərindən başqasını aldatmırlar. Amma fərqində deyillər.
Ölkənin günahkarlarının hiylə və intriqa etmələrinə nə üçün icazə verir?
İsra/17:16
Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.
Əraf/7:66
Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Ənam/6:123
Hər ölkənin öndə gələn günahkarlarına, orada hiylə və intriqa etmələri üçün izin verdik. Əslində özlərindən başqasını aldatmırlar. Amma fərqində deyillər.
Rad/13:33
Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.