Ənam - 6:124 Onlara bir ayə gəldiyində: "Allahın elçilərinə verilənlərin bənzəri bizə verilmədikcə iman etməyəcəyik," deyərlər. Allah mesajını haraya qoyacağını daha yaxşı bilir. Etdikləri hiylələrdən ötrü günahkarlara, Allah qatından bir alçalma və çətin bir əzab toxunacaqdır.
Muhəmməddən kimlər, necə möcüzələr istədilər?
Bəqərə/2:108 Daha öncə Musadan tələb edildiyi kimi, siz də elçinizdən bir şeylərmi tələb etməyi arzulayırsınız? Kim imanı inkar ilə dəyişdirərsə o doğru yolu itirmişdir.

Nisa/4:153 Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.

Qasas/28:48 Öz tərəfimizdən onlara gerçək yetişdiyində, "Kaş ki, Musaya verilən (möcüzələrin) bir bənzəri bizə də gətirilsəydi!" dedilər. (Eyni başa sahib olanlar) daha öncə də Musaya verilənləri inkar etməmişdilərmi? "Bir-birini dəstəkləyən iki sehrdir (sehr kitabıdır). Biz ikisini də rədd edirik," dedilər.

Hud/11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.

İsra/17:90 Dedilər ki: "Yerdən bizə bir bulaq fışqırtmadıqca sənə iman etməyəcəyik."
İsra/17:91 "Və ya xurma və üzüm bağçaların olmalı, aralarından da şırıl-şırıl çaylar axıtmalısan."
İsra/17:92 "Və ya iddia etdiyin kimi, göydən üzərimizə  parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
İsra/17:93 "Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"

Furqan/25:7 Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:8 "Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.

Ənam/6:8 "Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Ənam/6:124 Onlara bir ayə gəldiyində: "Allahın elçilərinə verilənlərin bənzəri bizə verilmədikcə iman etməyəcəyik," deyərlər. Allah mesajını haraya qoyacağını daha yaxşı bilir. Etdikləri hiylələrdən ötrü günahkarlara, Allah qatından bir alçalma və çətin bir əzab toxunacaqdır.