Ənam - 6:14 De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!
Sadəcə Allaha qulluq / xidmət etmək ilə əmr olunduq:
Zumər/39:11 De ki, "Dini yalnız Allaha xas edərək, Ona qulluq/xidmət etməklə əmr edildim."
Zumər/39:12 "Və ən irəli dərəcədə müsəlman olmağım əmr edildi."

Rad/13:36 Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."

Ənam/6:163 "Onun ortağı yoxdur. Bununla görəvləndirildim və mən hər kəsdən öncə təslim oluram."

Yusuf/12:40 "Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."

Əraf/7:29 De ki: "Rəbbim ədaləti  əmr edər. Hər məsciddə (ibadət yerində) dini sadəcə Ona aid edərək Ona yalvarın. Sizi ilk yaratdığı kimi Ona dönəcəksiniz."

Nisa/4:60 Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.

Maidə/5:117 "Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."

Ənam/6:14 De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!
Ənam/6:71 De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."

Nəhl/16:90 Allah ədaləti, yaxşılıq etməyi və əqrəbaya yardım etməyi əmr edər. Pislikdən, fənalıqdan və azğınlıqdan isə sizi çəkindirər. Öyüd almağınız üçün sizi bu cür aydınladır.

Tovbə/9:31 Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.

Yunus/10:72 "Üz çevirsəniz, halbuki mən sizdən hər hansısa bir ücrət istəməmişdim. Mənim ücrətim ancaq Allahın üzərinədir. Müsəlmanlardan olmaqla əmr edildim."
Yunus/10:104 De ki,“Ey insanlar, dinimdən bir şübhə duyursunuzsa, biləsiniz ki, sizin Allahdan başqa qulluq/xidmət etdiyiniz kimsələrə qulluq/xidmət etmərəm. Mən ancaq, sizin canınızı alan Allaha qulluq/xidmət edirəm. İman edənlərdən olmaqla əmr olundum."

Hud/11:112 Sənə əmr edildiyi kimi ən doğru ol, səninlə bərabər yönəlmiş olanlarla birlikdə... (Həddi) aşma və azğınlaşma. O, sizin etdiklərinizi Görəndir.

İsra/17:23 Rəbbin, yalnız Ona qulluq etmənizi və anaya-ataya qarşı yaxşı davranmanızı əmr etdi. Onlardan biri və ya ikisi yanında yaşlanarsa, onlara: "Uf!" belə demə və onları acılama. Onlarla gözəl bir şəkildə danış.

Məryəm/19:31 "Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
Məryəm/19:32 "anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."

Ğafir/40:66 De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."