Ənam - 6:14
De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!
Atasız yaradılışına görə İsanı (ə) tanrı qəbul edənlərin diqqətinə çatdırılır; Göyləri və yeri də yoxdan yaratmışdır:
Ali İmran/3:47
(Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.
Ali İmran/3:59
Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Bəqərə/2:116
“Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
Bəqərə/2:117
Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.
Ənam/6:101
Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.
Zumər/39:45
Allah tək olaraq xatırlandığı an Axirətə iman etməyənlərin qəlbləri hüzursuz olaraq ürkər (qorxub çəkinər). Fəqət Ondan başqaları xatırlandığı zaman dərhal üzləri gülər.
Zumər/39:46
De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."