Ənam - 6:141 Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.
"Məhsulları bənzər və ya fərqli yaradan Odur": Məqsəd nədir?
Rad/13:4 Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.