Ənam - 6:146
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. İnək və qoyunun da yağlarını haram etdik; ancaq bellərində yaxud bağırsaqlarında daşıdıqları, və ya sümüklərinə qarışmış olanlar xaric. Həddi aşmalarına görə onları belə cəzalandırdıq. Biz doğru deyirik.
Yəhudilərin həddi aşmaları:
Nisa/4:160
Yəhudilərin işlədikləri zülmlərə və bir çox adamı Allah yolundan çevirmələrinə görə onlara daha öncə halal edilmiş təmiz nemətləri qadağan etdik.
Nisa/4:161
Çəkindirildikləri halda, sələm (riba) almalarından və insanların parasını (pulunu) haqsızlıqla yemələrindən ötrü... Onların inkar edənlərinə ağrılı-acılı bir əzab hazırladıq.
Nəhl/16:118
Yəhudilərə, daha öncə sənə anlatdığımız şeyləri haram etdik. Biz onlara zülm etmədik; fəqət onlar özləri özlərinə zülm edirdilər.
Bəqərə/2:85
Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.
Nisa/4:155
Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.